Fevralın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil olunacaq.

Filarmoniyada OLAY-a bildirilib ki, musiqili gecədə Xalq artistləri Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Aygün Bayramova və bir çox sənətkar yubilyarın repertuarından əsərləri dinləyicilərə təqdim edəcəklər.

Konsertə giriş sərbəstdir.

Arif Babayevin 85 illiyi keçiriləcək