“Laskovıy may” qrupunun yaradıcısı, rusiyalı bəstəkar Serqey Kuznetsov 59 yaşında dünyasını dəyişib.
OLAY yazır ki, o, ağır xəstəlikdən sonra Rusiyanın Orenburq şəhərində vəfat edib.
Bəstəkar “Belıe rozı” (“Ağ qızılgüllər”), “Sedaya noç” (“Boz gecə”) və “Rozovıy veçer” (“Çəhrayı axşam”) mahnılarının müəllifi olub. Kuznetsov həmçinin “Çernila dlya pyatoqo klassa” (“Beşinci sinif üçün mürəkkəb”), “Steklovata” (“Şüşə yun”) və s. qrupların yaradıcısıdır.