Noyabrın 14-də Bakıda Çex Respubikasının istehsalı olan “Sahiblər” filminin nümayişi olacaq.
Çex Respubikasının Azərbaycandakı səfirliyindən OLAY-a verilən məlumata görə, filmin nümayişi Avropa İttifaqının (Aİ) nümayəndəliyinin Aİ-yə üzv ölkələrin Azərbaycandakı səfirlikləri ilə birgə təşkil etdiyi illik Avropa Film Festivalının açılışı mənasını daşıyacaq.
Resjissor Yirji Havelkanın 2019-cu il istehsalı olan filminin süjeti qəzalı vəziyyətdə olan evin sökülməsi üçün zəruri olan mansard sahəsinin satılması məsələsini həll etmək üçün çoxmənzilli binada sakinlərinin görüşündən bəhs edir. Amma hər kəsin öz ideya və planlarının olması sadə səsvermə prosesini çətinləşdirir.
Tədbirə giriş pulsuzdur.