İncəsənət
İncəsənət

“Yeni adlar” layihəsində növbəti konsert

“Yeni adlar” layihəsində növbəti konsert

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti baş tutub.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.

Musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Orxan Həşimov) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Vaqif Qurbanov (violonçel) və Elxan Niftiyev (piano) maraqlı proqramla çıxış ediblər.