İncəsənət
İncəsənət

Xalq artisti “Qremmi” mükafatına namizəd oldu

Xalq artisti “Qremmi” mükafatına namizəd oldu

Beynəlxalq “Qremmi” mükafatının 2023-cü ilin siyahısına daxil olan albomlar seçiminin nəticələrinə əsasən “Fikrət Əmirov 100” albomu Qremmi Səsyazma Akademiyasının Lonqlist siyahısına daxil olub. 

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, gələcək nəticələrdən asılı olmayaraq artıq pianoçu Yeganə Axundova “Grammy balloted artist” adını qazanıb.

Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Fikrət Əmirov 100” diski Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb. İfaçı – pianoçu, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova, səs rejissoru Nazim Kərimovdur. “Fikrət Əmirov 100” diski rəqəmsal olaraq “Apple Music”, “Spotify”, “Yandex Music”, “Vk Music”, “Boom”, “YouTube Music”, “Tidal”, “Deezer”, “Shazam” kimi platformalarda yerləşdirilib.