İncəsənət
İncəsənət

Dədə Süleyman dəfn olundu - Yenilənib

Dədə Süleyman dəfn olundu - Yenilənib

Əməkdar artist Süleyman Abdullayevin dəfn olunacağı yer açıqlanıb.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Belə ki, Təzəpir məscidində vida mərasimi keçirilən sənətkar Müşfiq qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, S. Abdullayev bu gün 83 yaşında dünyasını dəyişib.

***

Mərhum Əməkdar artist, xanəndə Süleyman Abdullayevin Təzəpir məscidində vida mərasimi keçirilib.

OLAY yazır ki, o, artıq Müşfiqabad qəbiristanlığına aparılıb və ailə məzarlığında dəfn olunub.

Foto: Apa