Bu gün Xalq artisti Şövkət Ələkbərovanın anadan olmasının 100 illiyi tamam olub.
OLAY yazır ki, doğum günündə sənətçinin məzarı sənət dostları və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət edilib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.
Xatırladaq ki, Şövkət Ələkbərova 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərib.