İncəsənət
İncəsənət

Qarabağla bağlı serialın çəkilişləri başlayıb

Qarabağla bağlı serialın çəkilişləri başlayıb

İkinci Qarabağ müharibəsinə həsr olunan 8 bölümlük serialın çəkilişləri start götürüb.

OLAY yazır ki, ekran işinin simaları artıq Hadrutda kamera önünə keçiblər.

Aktyorlar Zabit Səmədzadə, Yasin Həzirə, Ziya Ağa, Türkay Cəfərli, Corc Qafarov, İsmayıl Kərimov bu barədə sosial media hesablarında paylaşımlar ediblər.

Qeyd edək ki, layihədə Əməkdar artistlər Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu, aktrisalar Kəmalə Piriyeva, Günəş Mehdizadə, Natavan Hacıyeva, Aydan Həsənzadə, Turanə Hüseynli, aktyorlar Tural Əhməd, Rüstəm Cəbrayılov, müğənni Vüqar Muradov da rol alacaq.

Onu da xatırladaq ki, layihəni Türkiyədən gələn peşəkar texniki heyət ərsəyə gətirir.