“CinemaPlus” premium kinoteatrında Bakıda yerləşən Yunus Emre Fondunun dəstəyi ilə Mert Kılıç və Aslıhan Günerin baş rolda oynadığı “Komutan” döyüş filminin qala gecəsi keçirilib.
OLAY yazır ki, qala gecəsində sənətçilər də iştirak edib. Onlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarları ilə şəkil çəkdiriblər.