İncəsənət
İncəsənət

“Üç donuz balası” yeni səhnələşdirmədə

“Üç donuz balası” yeni səhnələşdirmədə

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə işinin məşqlərinə başlanılıb.

OLAY yazır ki, heyət bu dəfə ingilis folkloruna aid “Üç donuz balası” adlı məşhur nağıla müraciət edib.

Uşaqlara zəhmətsevərlik, özünə inam, ağıl ilə gücün birlikdə istənilən maneəni dəf etmək gücünü göstərən məişət mövzulu eyni adlı nümunə noyabrın sonlarında balacaların ixtiyarına veriləcək.

Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır.

Özünün yeni səhnə yozumunu tapacaq “Üç donuz balası”nın  personajlarını teatrın aparıcı aktyorları Səriyyə Mansurova,  Aygül Ağayeva, Elnur Xəlilov, Ülviyyə Əliyeva, Elgün Həmidov, Adil Dəmirov, Cavid Telman, Araz Həsənov, Elmira Hüseynova və “Oyuq” teatr-studiyasının yetirməsi Adil İqbal hərəkətə gətirəcəklər.