Bir neçə gün əvvəl Honkonqda vəfat edən Əməkdar İncəsənət Xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminə bir çox tanınmış sima gəlib.
OLAY yazır ki, onların sırasında sənət aləmi ilə yanaşı, siyasi sferadan da məşhur şəxslər yer alıb.
Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov, Əməkdar İncəsənət Xadimi Vaqif Gərayzadə, Əməkdar artistlər Xəyyam Nisanov, Abbas Bağırov, Tahir İmanov, Cabir İmanov, Milli Məclisin üzvü Hadı Rəcəbli, sabiq deputat Hüseynbala Mirələmov və başqaları R. Qasımova ilə vidalaşmaq üçün Təzə Pir məscidində olub.