Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın nəşi sabah Azərbaycana gətiriləcək.
Bu barədə OLAY-a “SOY” prodakşının rəhbəri Oqtay Əliyev məlumat verib.
O, cənazənin sabah birbaşa məscidə gətiriləcəyini vurğulayıb.
Xatırladaq ki, R. Qasımova 9 oktyabrda Honkonqda dünyasını dəyişib. Mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzəpir məscidində baş tutacaq.