İncəsənət
İncəsənət

“Dünən anamızı itirdik”

“Dünən anamızı itirdik”

Aktyorlar Şon və Kris, bəstəkar Maykl Pennin anası, məşhur aktrisa Aylin Rayan 94 yaşında vəfat edib. 

OLAY yazır ki, bu barədə M.Penn öz tvitter səhifəsində məlumat verib.

“Dünən biz anamızı itirdik” deyə musiqiçi şəxsi hesabında yazıb.  Aktrisa Nyu- Yorkdakı evində dünyasını dəyişib.

Qeyd edək ki, aktyorluq karyerası ərzində Rayan “Hörümçəklərin Hücumu”, “Berlində Qiyamət”, “Qrey's Anatomy” kimi layihələrdə rol alıb. Aktrisa oğlu Şonun çəkdiyi “Qvardiya yol ayrıcında” filmində də yer alıb.