Mətbuat Şurasının İdarə Heyətinin tərkibində dəyişiklik olub.
OLAY yazır ki, İdarə Heyətinə üzv seçilmiş Niyaz Niftiyev işlərinin çox olması səbəbindən istefa ərizəsini sədr Rəşad Məcidə təqdim edib.
Bununla əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
İclasda Jurnalistlərin VIII qurultayında namizədlər arasında olan və N.Niftiyevdən sonra ən çox səs toplamış Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yegana Hacıyevanın İdarə Heyətinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edib.