Olay
Olay

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Mətbuat Şurasının yeni sədri məlum olub.

OLAY yazır ki, bu gün baş tutan Jurnalistlərin VIII Qurultayı çərçivəsində keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, Əməkdar jurnalist Rəşad Məcid sədr seçilib.

Həmçinin, qurultayda idarə heyətinin yeni tərkib hissəsi də formalaşdırılıb.

İdarə heyətinin üzvləri kimi Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib.

Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq olunub.