Mədəniyyət naziri Anar Kərimov Xalq artisti Azər Paşa Nemətova “Şərəf” ordenini təqdim edib.
OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.
Nazir görkəmli rejissora gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb. Xalq artisti Azər Paşa Nemətov isə yaradıcılığının yüksək qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Azər Paşa Nemətov avqustun 12-də Azərbaycan mədəniyyətinin inkişafında fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.