İncəsənət
İncəsənət

Tamara Sinyavskayaya “Şərəf” ordeni təqdim etdi

Tamara Sinyavskayaya “Şərəf” ordeni təqdim etdi

Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayaya “Şərəf” ordeni təqdim edilib.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyinin rəsmi səhifəsi məlumat paylaşıb.

Nazir Anar Kərimov sənətçiyə “Şərəf” ordenini təqdim edərək ona gələcək işlərində uğurlar və möhkəm can sağlığı arzu edib.

T. Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə dövlət başçısına dərin təşəkkürünü bildirib.

Sonda böyük sənətkarla xatirə şəkli çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.