Sentyabrın 7-dən 11-dək Bakıda V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.
Festivalın builki devizi isə “Bir bilet – bir ağac”dır.
Ötən gün Nizami Kino Mərkəzində keçirilən mətbuat konfransında bildirilib ki, festival tamaşaçılara üç əsas proqram təqdim edir: Müsabiqə proqramı, müsabiqədənkənar proqram və peşəkarlar üçün proqram.