İncəsənət
İncəsənət

Qarabağla bağlı seriala 3 milyon ayrılıb? - İddia

Qarabağla bağlı seriala 3 milyon ayrılıb? - İddia

Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyevin kino ilə bağlı statusu müzakirə yaradıb.

OLAY yazır ki, sənətçi feysbuk paylaşımında bir sıra iddialar səsləndirib.

Belə ki, o, postda bu sözləri qeyd edib:

“2022-ci ildə milli kinomuzun inkişafına büdcədən ayrılan 6,5 milyon maliyyə vəsaitinin bölgüsünün mənzərəsi axır ki aydınlaşdı:

Birincisi, 3 milyon manat Türkiyə kinoşirkətinə - Qarabağla bağlı serialın çəkilişinə; İkincisi, 1,5 milyon manat Bakı Media Mərkəzinə (BMM) - Hacı Zeynalabdin Tağıyev haqqında bədii filmin istehsalına; Üçüncüsü, 1,5 milyon manat “Azərbaycanfilm” kinostudiyasına – sənədli filmlərin istehsalına; Dördüncüsü, yarım milyon  manat təlimlər, müsabiqələr və s”.