İncəsənət
İncəsənət

Nazir müavini Xalq artisti ilə görüşdü

Nazir müavini Xalq artisti ilə görüşdü

Bu gün Prezident təqaüdçüsü, Xalq artisti, tarzən Fikrət Verdiyevin 75 yaşı tamam olub.

OLAY yazır ki, bu münasibətlə Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sənətkarla görüşüb və ifaçıya öz ürək sözlərini bildirib.

F.Verdiyev də öz növbəsində ona göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, 24 sentyabr tarixində sənətkarın 75 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında tanınmış sənətçilərin iştirakı ilə yubiley konserti keçiriləcək.