Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti, tarzən Ramiz Quliyevlə görüşüb.
OLAY yazır ki, "Şöhrət" və "Şərəf" ordenli professor, tarzən R. Quliyevi 75 illik yubileyi münasibətilə təbrik edən E. Əliyev, yubilyara möhkəm can sağlığı yeni yaradıcılıq uğurları arzu edib.
Sənətçi də öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.