Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə 74 yaşında vəfat edib.
OLAY yazır ki, bu barədə mərhumun yaxınları məlumat bildirib.
Qeyd edək ki, C.Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ.Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-cü ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi idi, 1983-cü ildən N.Tusi adına Pedaqoji Universitetin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət Gimnaziyasında dərs deyib.