İncəsənət
İncəsənət

Bir axşam taksidən düşüb payıza...

Bir axşam taksidən düşüb payıza...

Bu gün müstəqil Azərbaycanın ilk Xalq artisti (1992), görkəmli sənətkar, əvəzolunmaz mədəniyyət xadimi Flora Kərimovanın 81 yaşı tamam olur. 

OLAY yazır ki, “Şərəf” ordenli müğənni 1941-ci ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb İnstitutunu (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.

Klassik Avropa operası ( nümunə üçün “Qaynana” filmində “Dilbərin” ariyası , “Sular qızı” romansı ), milli opera janrı ( doqquz dəfə Üzeyir Hacıbəyovun  “Leyli və Məcnun” operasında Leyli ), xalq mahnıları, bəstəkar mahnılarının, klassik art-estrada ( Sovet Estradası ) janrlarının ustad  ifaçısıdır. Azərbaycan klassik art-estrada janrının banisidir.

Bəstəkar Elza İbrahimova, məxsusi olaraq Flora Kərimovanın səsi üçün “Afət” operasını bəstələyib. Dövlət Opera və Balet Teatrında “Leyli və Məcnun” operasında Leyli kimi çıxış edib.

“Qanun naminə” (1968) bədii filmində çəkilib. Əsrarəngiz səsi, bəşər tarixində yeganə dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir.

Flora Kərimovanın bir qızı və bir oğlu var.

OLAY kollektivi incəsənətimizə misilsiz tövhələr verən “Şərəf” ordenli müğənnimizi ad günü münasibətilə təbrik edir, ona can sağlığı arzulayır.