İncəsənət
İncəsənət

Rusiyada Tahir Salahovun sərgisi açıldı

Rusiyada Tahir Salahovun sərgisi açıldı

Bu gün Rusiyanın Dövlət Tretyakov Qalereyasının ikinci binasında (Yeni Tretyakovka) Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb.

OLAY yazır ki, bu barədə Tretyakov Qalereyası məlumat yayıb.

Sərgidə Xalq rəssamının 11 rəsm əsəri təqdim olunur. Ekspozisiya rəssamın erkən işlərindən sayılan “Qladioluslar” natürmortu ilə açılır.

T.Salahovun doğum gününə həsr olunmuş sərgi 22 yanvar 2022-ci ilədək davam edəcək./APA