“Bəxt üzüyü” filminin “Sevda”sı, məşhur müğənni və aktrisa Firəngiz Rəhimbəyova dünyasını dəyişib.
OLAY yazır ki, bu barədə bəstəkar Cəmil Əmirov öz sosial şəbəkə hesabında paylaşım edib.
Onun ürəktutmasından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, bir neçə gün öncə 62 yaşını qeyd edən Firəngiz xanım uzun müddət idi ki ABŞ-ın Los-Anceles şəhərində yaşayırdı.
“Bəxt üzüyü” filmi ilə yanaşı, sevimli müğənni rejissor Eldar Quliyevin “Gümüşgöl əfsanəsi” filmində də çəkilmişdi.