Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.
Bu barədə Nazirlikdən OLAY-a bildirilib.
“Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı SSR Xalq artisti Şəmsi Bədəlbəyliyə həsr olunub.
Qeyd edək ki, Ş. Bədəlbəyli “O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” kimi uğurlu filmlərdə yer alıb.