İncəsənət
İncəsənət

“Şuşa mədəniyyətinin inciləri"nin ilk təqdimatı Natəvana həsr olundu

“Şuşa mədəniyyətinin inciləri"nin ilk təqdimatı Natəvana həsr olundu

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi “Şuşa mədəniyyətinin inciləri” layihəsini həyata keçirir. Layihə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi münasibətilə reallaşdırılır.

OLAY yazır ki, layihənin “Şuşanın simaları” bölməsi üzrə ilk təqdimatı bu il 190 illiyi qeyd edilən tanınmış şairə, ictimai xadim, xeyriyyəçi Xurşidbanu Natəvana həsr olunub.

Xurşidbanu Natəvan 1832-ci ildə Azərbaycanın dilbər guşəsi, qədim mədəniyyət mərkəzi Şuşada dünyaya göz açıb.

Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı 270 yaşlı Şuşa şəhəri dirçəlir. 28 illik işğal zamanı erməni vandalizminə məruz qalmış qədim şəhərimizdəki tarixi abidələrimiz bərpa olunur, Şuşada aparılan bərpa və quruculuq prosesi şəhərin orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Həyata keçirilən işlər çərçivəsində ötən il “Xan qızı” bulağı da bərpa edilib.