İncəsənət
İncəsənət

Açıq havada kino nümayişi olacaq

Açıq havada kino nümayişi olacaq

Avqustun 2-də Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Milli Kino Günü ilə əlaqədar olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində açıq kino nümayişi təşkil olunacaq.

Bu barədə OLAY-a Nazirlikdən məlumat verilib.

Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi tədbirdə Nazirliyin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan “Arxa cəbhə” (rejissor Gülay Babayeva), “Böyük Qırmızı Ev” (rejissor Leylaxanım Qənbərli”), “Hasar” (rejissor Qulu Əsgərov) filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki Yol” (rejissor Səddam Mehtiyev, Murad Hüseynov) və “Orrizuru” (rejissor Nihad J., Elgün Quliyev) qısametrajlı filmlərinin “Gənc Azərbaycan Kinosu Proqramı” çərçivəsində nümayişi planlaşdırılır.