İncəsənət
İncəsənət

“Vidalaşmadan getməyin”

“Vidalaşmadan getməyin”

İyulun 16-da “M” teatrında “Vidalaşmadan getməyin” adlı monotamaşanın növbəti dəfə nümayişi olacaq.

OLAY yazır ki, monotamaşanın müəllifi Rövşən Ağayev, quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Mikayıl Mikayılov, bəstəkarı Vüqar Məmmədzadə, rəssamı Ülkər Əliyevadır. Səhnə həlli tamaşaçıya aktyor Oqtay Mehdiyevin təqdimatında çatdırılır.

Qeyd edək ki, “Vidalaşmadan getməyin” adlı monotamaşada haradansa peyda olan bir kişi bizə öz həyatını, keçmiş günlərini və o günlərin fərqində olmadığı məqamlarını danışır və beləcə səhnə əsərinin paradiqması, ana xətti tamaşa boyu tamaşaçılara təqdim olunur.