İncəsənət
İncəsənət

“Yük” tamaşası yenidən səhnədə

“Yük” tamaşası yenidən səhnədə

İyulun 10-da Azərbaycan Dövlət Pantomima Teatrında “Yük” tamaşası yenidən təqdim olunacaq.

OLAY yazır ki, tamaşanın bədii rəhbəri və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir. “Uzaqda bir nəfər var” devizli səhnə işinin plastik həll üzrə rejissoru Sahib Novruzov, quruluşçu rəssamı Xəyyam Səmədov və musiqi tərtibatçısı Bəhruz Əhmədlidir.

Qeyd edək ki, tamaşada Əməkdar artistlər Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Elman Rəfiyev, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Nuridə Musabəyli, Elxan Şahəliyev, Elvin Qiyaslı, Elnur Abbasquliyev, Elnur Rzayev, Cavad Nuriyev, Səbirə Həsənova, Eldar Əliyev və Xəyyam Səmədov rol alıblar.