İyulun 9-da Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında maraqlı tamaşalardan olan “Dejavü” tamaşası yenidən nümayiş ediləcək.
OLAY yazır ki, tamaşanın müəllifi Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir. Onlar həm də səhnə əsərinin quruluşçu rejissoru və rolların ifaçılarıdır.
Tamaşanın musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir.
Qeyd edək ki, iki aktyorun iştirak etdiyi səhnə əsəri kişi və qadın münasibətlərindən bəhs edir.