Azərbaycanda elektron musiqinin bayraqdarı hesab olunan “Solong” layihəsi ənənə və idelogiyasına sadiq qalaraq bu dəfə Qobustanda yeni tədbirə hazırlaşır.
OLAY yazır ki, 18 iyun Qobustan Dövlət Bədii-Tarixi Qoruğunda etnik və proqressiv musiqi tezliyində xarici və yerli DJ-lər çıxış edəcək.
Qeyd etmək lazımdır ki, zövqləri oxşayacaq bu möhtəşəm gecəyə hazırlıq işləri heç də asan olmayıb. Qayaların vizuallaşdırılması, işıqlandırılması üçün “Solong” layihəsinin əməkdaşları 1 həftəyə yaxın çalışıblar. Bu isə o deməkdir ki, elektron musiqi həvəskarları həmin gecə qeyri-adi işıq şousunun şahidi olacaqlar. Həmçinin şouda tarix və müasirliyin sintezi bir arada təqdim olunacaq.
Tədbirin xüsusi xarici qonaqları dünyaca məşhur İsraildən Sahar Zangilevitch və Türkiyədən Murat Uncuoğludur. Yerli DJ-lərin siyahısında isə Elcheen, U-Who və Maya Aziz yer alıb.
“Back to origin” adı ilə təqdim olunan bu layihə “Solong”un “Coca-Cola” ilə birgə əməşdaşlığı çərçivəsində baş tutacaq.
Yaxın günlərdə həyata keçəcək tədbirin xüsusi konseptdə hazırlanmasının məqsədi ölkənin mədəni irsini beynəlxalq arenada yüksək səviyyədə təbliğ etməkdir.