İncəsənət
İncəsənət

Ayaz Salayev Hikmətin statusuna cavab verdi

Ayaz Salayev Hikmətin statusuna cavab verdi

“Azərbaycanfilm” kinostudiyası nəzdində yaradılan Ekspert Şurasının sədri Əməkdar İncəsənət xadimi Ayaz Salayev aktyor Hikmət Rəhimovun yazdığı tənqidi statusa cavab verib.

Bu barədə kinorejissor OLAY-a danışıb.

O deyib ki, şuranın uyğun bildiyi layihənin həyata keçməsi üçün əllərindən gələni edəcəklər:

“Layiqli bir layihə olsa, şəxsən çalışacam ki, alınsın. Biz “Ekspert şurası” təklif olunan layihəni layiqlə bilsək, olacaq”.

A. Salayev şuranın yaradılması ilə kino sahəsində dəyişikliyin olub-olmayacağından da söz açıb:

“Hansısa bir dəyişillik, Ekspert Şurasından asılı deyil. Bu, kinoya gələn sənətkarların səviyyəsi ilə əlaqəlidir. Biz onları yarada bilmərik ki”.

Qeyd edək ki, H. Rəhimov sosial şəbəkə hesabında şuranın yaradılması ilə hansısa bir dəyişikliyin olmayacağına eyham vurub