Dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, eləcə də ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb.
OLAY yazır ki, şuraya sədrlik Əməkdar incəsənət xadimi Ayaz Salayevə həvalə edilib.
Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İman isə Şuraya üzv seçilib.
Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.
Qeyd edək ki, şura üzvlərinin səlahiyyət müddəti cari ilin sonuna qədərdir. Bu müddətdə kinostudiyada həyata keçiriləcək müsabiqələr Ekspert Şurasının üzvlərinin qərarı ilə nəticələnəcək.