İncəsənət
İncəsənət

Küçələrə rəng qatan rəssam vəfat etdi

Küçələrə rəng qatan rəssam vəfat etdi

Fransız küçə rəssamı Miss Tic 66 yaşında dünyasını dəyişib. 

OLAY yazır ki, əsl adı Radhia Novat olan rəssam mühüm qraffiti texnikalarından biri olan “trafaret” sənətinin qurucularından biri kimi tanınır.

Karyerası boyu məşhur moda brendləri “Louis Vuitton” və “Kenzo” ilə işləyən Novat Fransa sənət dünyasında önəmli yer tutub. 

Fransanın yeni Mədəniyyət rəhbəri Rima Əbdül ictimai əmlaka ziyan vurduğuna görə qısa müddətə həbs edilən sənətçini “ikonik və cəsarətli feminist” kimi xarakterizə edib.

Novat 1956-cı ildə tunisli mühacir ailəsində anadan olub. Kaliforniyaya köçən sənətçi küçə teatrı və küçə incəsənəti ilə məşğul olub.