Amerikalı dizayner və modelyer, “Off-White” brendinin yaradıcısı və “Louis Vuitton” kişi geyim xəttinin rəhbəri Virgil Abloh dünyasını dəyişib.
OLAY yazır ki, bu barədə 41 yaşlı moda simasının Instagram hesabında məlumat verilib.
Onun xərçəngin nadir forması olan ürək angiosarkomasından həyatını itirdiyi qeyd olunub.
Modelyerə sözügedən diaqnoz 2019-cu ildə qoyulub.
“Louis Vuitton Moet Henness”y (LVMH) prezidenti Bernard Arnault isə Ablohun təkcə dahi dizayner və uzaqgörən deyil, həm də gözəl ruha və böyük müdrikliyə malik insan olduğunu bildirib.