Bakının mərkəzində aktyor Pərviz Fəxrəddinə qarşı zorakılıq edilib.
OLAY yazır ki, bir neçə aydır Xəqani küçəsində pantomim nömrələri ilə çıxış edən, bununla da hər kəsin diqqətini çəkən gənc mədəniyyət üzvü Bakı sakini tərəfindən şiddətə məruz qalıb.
Belə ki, sosial şəbəkələrdə yayılan videoda səhnəcik göstərən P. Fəxrəddinə naməlum bir şəxs yaxınlaşması və üzündən zərbə endirməsi əks olunub.
Həmin an ortayaşlı vətəndaşa aktyorun xanım tanışı müdaxilə edib.