Rusiya ilə müharibə şəraitində Ukraynanın gələn il Avroviziyaya ev sahibliyi edib-etməyəcəyi maraq doğurur.
OLAY yazır ki, bu barədə rəsmi açıqlama verməsə də, Avropa ölkələri EBU-ya (Avropa Yayım İttifaqı) müraciət edərək Ukraynaya dəstək olacaqlarını bildirib.
İspaniya, Böyük Britaniya və Polşa açıqlama yayaraq gələn il Ukrayna adına ev sahibi olmağa hazır olduqlarını bildirib.
Qalib olan “Kaluş Orchestra” qrupunun solisti Oleh Psiuk isə KİV-ə açıqlamasında deyir:
“Mən əminəm ki, gələn il yeni, inteqrasiya olunmuş və xoşbəxt Ukrayna Avroviziyaya ev sahibliyi etməkdən məmnun olacaq”.