Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunun görüntülərini rəsmi instaqram səhifəsində paylaşıb.
OLAY yazır ki, Birinci xanımın yayımladığı videoda Əməkdar artist Almaz Orucova muğam ifa etdiyi görünür. Həmçinin M. Əliyeva paylaşıma “Doğma Zəngilanda Azərbaycan muğamının valehedici sədaları”,-şərhini yazıb.
A.Orucova isə Mehriban xanımla birgə fotolarını İnstaqram hesabında yayaraq bu sözləri qeyd edib:
“İllərin həsrətindən sonra, fəxrlə addımladığımız doğma Zəngilanımız. Bu gün belə gözəl hisslərlə yaşayırıq. Zəfərimizə görə, başda Ali Baş Komandan olmaqla müzəffər ordumuza, qazilərimizə və Vətən uğrunda canından keçən oğullarımıza borcluyuq. Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya biz-zəngilanlılarla səmimi görüşə görə təşəkkür edirik”.