İncəsənət
İncəsənət

Nazirdən yeni təyinat

Nazirdən yeni təyinat

Əməkdar artist, xoreoqraf Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrına yeni baş baletmeyster təyin olunub.

OLAY yazır  ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Emin Eldar oğlu Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur.

O, 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib.

Emil Əliyev 2008-ci ildə “Əməkdar artist” adına layiq görülüb.

2019-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrıda balet artisti kimi fəaliyyətə başlayıb, 2020-ci ildən isə quruluşçu baletmeyster vəzifəsini icra edib.