““Qarabağa getdim, filan yerdəyəm, o körpünün üstündəyəm, bu çaydan keçirəm”,- deyib paylaşımlar etmək istəmərəm. Mənim üçün çox ağrılı olar”.
OLAY yazır ki, bu sözləri instaqramda canlı yayım zamanı iş xanımı Ruhi Əliyeva söyləyib. O, açıqlamasına bunları da əlavə edib:
“Çünki oğullarımız canlarını qurban verib, şəhid olublar. O torpağa layiq olaraq getmək lazımdır. Bir il ərzində qırmızı paltar geyinmədim. Bu gün hər kəsin həvəsi var ki, gedib Cıdır düzünü, o torpaqları gəzsin, fotosessiya etdirsin. Fikirləşdim ki, orada toylar, məclislər olan günləri də görəcəyik. Heç olmasa vicdanım sakit olar ki, mənən nəsə etmişəm.
Düşündüm ki, bu gün ora tək şəkil çəkdirməyə, kamera qarşısında hansısa göz yaşları tökməyə getməyim. Orada bizim ordumuz, şəhidlərimizin ruhları var. Hazırda orada hərbçilərimiz xidmət edirlər. Onların yanına layiqli getmək lazımdır, şəkil çəkdirməyə yox. Təbii ki, dövlət məmurları, jurnalistlər getməlidirlər, səsimizi dünyaya çatdırmalıdırlar”.