Moda jurnallarında çəkdirdiyi kadrlarla tanınan moda və portret fotoqrafı Patrik Demarşelier dünyasını dəyişib.
OLAY yazır ki, bu barədə incəsənət xadiminin ailəsi məlumat yayıb. Vurğulayıb ki, Patrik 78 yaşında həyatını itirib.
Qeyd edək ki, karyerasına 1975-ci ildə Nyu-Yorkda başlayan fotoqraf bütün karyerası boyunca nüfuzlu moda jurnallarının üz qabığında Madonna, Naomi Kempbell, Gisele Bündchen, Kate Moss və bir çox məşhur adları çəkib.
Fotoqrafın ən məşhur portretlərindən biri Şahzadə Dianadır. Moda jurnallarında çəkilişlərini görən şahzadə Diana Demarşelierə yaxınlaşaraq ondan şəxsi portret fotoqrafı olmasını istəyib. Beləliklə, fotoqraf bir fransız olaraq Britaniyanın “İlk kral fotoqrafı” seçilib.