18 martdan Azərbaycan istehsalı olan “Olimpia” filminin nümayişi başlayır.
OLAY yazır ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasının ekran işi melodram janrındadır.
Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.
Rollarda Qurban Ismaylov, Kəmalə Israfilova, Vidadi Həsənov, Mabud Məhərrəmov, Həcı Ismayılov, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir, Vüsal Hacıqədir və Şamil Süleymanov çəkilib.