Qanlı yanvar hadisələrinin 32-ci il dönümünə həsr olunmuş “Mən qardaşımı axtarıram” adlı qısametrajlı film çəkilib.
OLAY yazır ki, filmin rejissoru və ssenari müəlliflərindən Əli-Səttar Quliyev, digər ssenari müəllifi isə Azər Quliyevdir.
Filmdə Əməkdar artist Rasim Cəfər və aktyor Azər Aydəmir baş rolları canlandırıblar.
Əsasən gənc kinematoqrafçıların ərsəyə gətirdiyi bu film 20 Yanvar hadisələrinin ildönümünə həsr olunub.
Ekran əsərinin yaradıcı heyətində aktyor kimi Roman Şulqa, Canbala Babayev, İlkin Həmidli də yer alıb.
Filmin təsvir rejissoru Nurlan Ələkbərov, redaktoru Rüstəm Babazadədir.