İncəsənət
İncəsənət

Rüstəm İbrahimbəyovla vida

Rüstəm İbrahimbəyovla vida

Nizami Kino Mərkəzində Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

APA-nın xəbərinə görə, vida mərasimində Xalq yazıçının ailəsi, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.

R. İbrahimbəyov Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.