Opera müğənnisi Azər Rzazadə də Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı ilə problemlər yaşayıb.

OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib:

“Heç vaxt ağlıma da gəlməzdi ki, həmişə mənə tamaşalardan, oxuduğum ifalardan, yaradıcılığımdan paylaşımlar etdirən teatr, bir gün mənə instaqramda vəkil axtarmağı da məcbur edəcək. Qismət də bu da varmış, amma dəyər, teatr və mədəniyyət naminə dəyər!”.

Sənətçi daha sonra Mədəniyyət Nazirliyinə dəvət olunduğunu yazıb.

Qeyd edək ki, Xalq artisti Əvəz Abdullayev teatrın direktoru Yusif Eyvazovun onu və Xalq artisti yalçın Adıgözəlovu işdən çıxardığını iddia edib.