Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib.
OLAY yazır ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq Əmr imzalanıb.
Əmrə əsasən, İntiqam Babayev bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, İ. Babayev 2000-2021-ci illərdə gənclər və idman nazirinin müavini olub. 2022-2023-cü illərdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparatının rəhbəri olub və aparat rəhbərinin vəzifələrini müvəqqəti icra edib.