Almaniyada Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan jurnalist Svetlana İsmayılova dünyasını dəyişib.
OLAY yazır ki, bununla bağlı aparıcı Hacı Nuran Hüseynov məlumat paylaşıb.
O bildirib ki, S. İsmayılova bu gün 83 yaşında vəfat edib.
Qeyd edək ki, mərhum əvvəllər Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifəsində çalışıb. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində baş müəllim, dosent vəzifələrini icra edib. O, həmçinin “Qızıl qələm” mükafatı laureatı idi.