Komediya filmləri ilə bir dövrə damğasını vuran məşhur amerikalı rejissor və prodüser İvan Reytman 75 yaşında vəfat edib.
OLAY yazır ki, şənbə gecəsi Montecitodakı evində yatarkən dünyasını dəyişən rejissorun ölüm xəbəri ailəsi tərəfindən açıqlanıb.
Reytmanın vəfat etmə səbəbi barədə ictimaiyyətə məlumat verilməyib.