İncəsənət
İncəsənət

Əməkdar mədəniyyət işçisi vəfat etdi

Əməkdar mədəniyyət işçisi vəfat etdi

Əməkdar mədəniyyət işçisi, operator Nəriman Şıxəliyev vəfat edib.

OLAY yazır ki, bu barədə Şıxəliyevin uzun illər çalışdığı Azərbaycan Televiziyası məlumat yayıb.  Qeyd olunub ki,  o, 1956-cı ildən – AzTV yaranan gündən burada operator kimi çalışıb. Daha sonra müxtəlif vəzifələrdə işləyib.

N.Şıxəliyev “1915-ci il - erməni saxtakarlığının başlanğıcı”, “Alovlardan keçən ömür”, “Bakı toyları”, “Bizi dağlarda axtarın”, “İki ömür”, “Zirvə buludu”, “Zəlimxan dastanı” kimi onlarla bədii və sənədli filmin operatoru olub.

2006-cı ildə “Tərəqqi” medalına layiq görülüb.

Allah rəhmət eləsin!